
Cəsarətin varsa, oxu…
Bu kitabı oxuyarkən ürəyində böyük bir sıxıntı, həyəcan hiss edəcəksən. Yazılanlarla beynində qorxa-qorxa razılaşsan da, dilinlə bunu etiraf edə bilməyəcəksən. Səhifələri adladıqca kitabı sənin əlində kimsənin görməyəcəyi bir yerdə, təklikdə davam etmək istəyəcəksən. Bəzən cəsarət gələcək, coşmaq, partlamaq üzrə olsan da, təəssüf ki, gözün qorxacaq, susacaqsan, bir kənarda oturacaqsan… Vaz keçəcəksən, atacaqsan qırağa, peşman olacaqsan oxumağına. Ürəyinə bir xof düşəcək, düşüncələrin qarışacaq. Bəlkə də, bu kitabdan oxuduğun son sətir elə bu olacaq!