
Orxan Həsənli İlk dəfə 2018-ci ildə Milli Aviasiya Akademiyasının “Avianəqliyyat İstehsalatı” kafedrasında müəllim olaraq elmi fəaliyyətə başlamışdır. Müəllimlik fəaliyyəti ilə yanaşı kafedra müdiri, dosent Elman Mehdi oğlu Nəcəfov ilə birgə hazırladıqları məqalələrlə bir sıra elmi konfranslarda uğurla iştirak etmiş, sertifikatlarla təltif olunmuşdur.